Hacıqabulda 10 yaşlı uşağı qatar vuraraq öldürüb

Hacıqabulda 2014-cü il təvvəllüdlü Qaçaylı Yusif Malik oğlunu qatar vuraraq öldürüb.

AzPost APA-ya istinadən bildirir ki, hadisə Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.

Yeniyetmə aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.