Hacıqabulda minik maşını TIR-la toqquşub, 16 yaşlı qız ölüb, anası xəsarət alıb- FOTO

Hacıqabulda yol qəzası baş verib.

Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini, 1983-cü il təvəllüdlü Əliyeva Vəfa Fərhad qızının idarə etdiyi “Hyundai” markalı avtomobil TIR-la toqquşub və dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücünün qızı – Bakı sakini, 2007-ci il təvəllüdlü Əliyeva Ayla Osman qızı hadisə yerində ölüb. Xəsarət alan V.Əliyeva Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır(apa).

Əvvəlki məqalə

Ermənistan mövqelərimizi artilleriya atəşinə tutub –

Sonrakı məqalə

Ramil Səfərova görə münasibətləri pozulan İrəvan Macarıstanla əlaqələri bərpa edib