Hacıqabulda özünü jurnalist kimi təqdim edərək vətəndaşları şantaj edən şəxs tutulub

24 Fevral 2020 - 14:40

Hacıqabulda vətəndaşları şantaj edən şəxs saxlanılıb.  

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ayrı-ayrı vətəndaşlar rayon Polis Şöbəsinə müraciət edərək şantaja məruz qaldıqlarını bildiriblər.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şirvan sakini,  1958-ci il təvəllüdlü İlham Rəsul oğlu Həsənov saxlanılıb.