Hakan Fidan Maltada Ermənistan XİN başçısı ilə söhbətləşib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Maltada Türkiyə xarici işlər naziri Hakan Fidanla söhbətləşib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mirzoyanın Maltada ATƏT XİN Şurasının iclası çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenlə də qısa müddətli görüş keçirdiyi qeyd olunub.

XİN Mirzoyanın Fidan və Blinkenlə təmasları barədə təfərrüatları açıqlamayıb(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.