Hakerlər Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən və Rusiyanın Ukraynadakı hərbi cinayətlərini araşdıran Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin sistemlərinə daxil olub.
Azpost.info xəbər verir ki, bunu BCM-nin kibertəhlükəsizlik mütəxəssisləri aşkar ediblər.
“Hadisənin nəticələrini yumşaltmaq üçün dərhal tədbirlər görülüb”, – məhkəmənin açıqlamasında deyilir.
Mütəxəssislər bulud texnologiyalarının sürətləndirilmiş tətbiqi də daxil olmaqla məhkəmə sistemlərinin kibermühafizəsinin təkmilləşdirilməsi üzrə tədbirlər görəcəklər.
Məhkəmə hücumun hansı məlumat bazasına təsir etdiyini açıqlamayıb.
Yerli media yazır ki, haker hücumu nəticəsində çoxlu sayda məxfi sənəd oğurlanıb. Lakin BMC bu məlumatı təsdiqləməyib. Məhkəmə sözçüsü hücumun arxasında kimin dayandığı, hakerlərin sistemlərə necə nüfuz edə bildiyi və hər hansı məlumatı oğurlayıb-oğurlamadıqları ilə bağlı suallara cavab verməkdən imtina edib.
Azpost.info