HAMAS əsas mübadilə üçün qalan israilli girovların birinci qrupunu azad edib.
Bu barədə “Jerusalem Post” məlumat yayıb.
Bildirilib ki, HAMAS 7 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib. Hazırda onlar İsrailə gedirlər. Onlar Matan Engerst, Alon Ohel, Eitan Mor, Gali və Ziv Berman, Omri Miran və Guy Gilboa-Dalaldır.
Azad edilmə mərasimi Xan Yunisdə baş tutub.
HAMAS-ın azad etdiyi 7 israilli girov İsrail Müdafiə Qüvvələrinə (IDF) təhvil verilib.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Qalan 13 girovun da bu gün azad ediləcəyi bildirilib.
İsrail isə uzunmüddətli cəzaya məhkum edilmiş 250 fələstinlini, eləcə də 2023-cü il oktyabrın 7-dən bəri həbs olunan 1700-dən çox fələstinli məhbusu azad edəcək.