Rusiyanın Ufa şəhərində yeni doğulmuş körpəni anasının təhlükəli qidalanması səbəbilə xilas etmək məcburiyyətində qalıblar.
AzPost bildirir ki, bu barədə “Mash Batash” teleqram kanalı məlumat yayıb. Onların yazdığına görə, qadın donuz piyi yemiş və nəticədə listerioz xəstəliyinə yoluxmuşdur.
Məlumatda qeyd olunur ki, oğlan uşağı vaxtından əvvəl doğulub, çəkisi cəmi iki kiloqramdan bir qədər artıq olub və dərhal izolyatora yerləşdirilib. Körpə bu xəstəliyə hamiləlik dövründə anasından yoluxub, çünki qadın təhlükəli məhsullarla qidalanıb.
Həkimlər körpəyə antibakterial müalicə tətbiq ediblər. On doqquz gün sonra uşağın vəziyyəti yaxşılaşmağa başlayıb.