Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Hansı Avropa ölkələrində gənclər valideynləri ilə yaşayır?

User 10 May 2025 - 13:01 (Last updated: 21 May 2025 - 20:45)
Valideyinlər

Valideyinlər

Hansı Avropa ölkələrində gənclər valideynləri ilə yaşayır? Avropada gənclərin əksəriyyətinin valideynləri ilə yaşamağa davam etdiyi ölkələr əsasən Cənubi və Şərqi Avropa ölkələridir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və “Eurostat”ın məlumatlarına əsasən, bu ölkələrdə gənclər ata evini daha gec yaşda tərk edirlər.

Avropa İttifaqının Statistika Ofisi “Eurostat”ın hesablamalarına görə, Aİ-də yetkin insanlar valideynlərinin evindən orta hesabla 26 yaşında çıxırlar. Lakin bu yaş ölkədən ölkəyə fərqli olaraq dəyişir. Məsələn, Finlandiya, İsveç və Danimarkada gənclər adətən 21 yaşında evi tərk edirlər. Əksinə, Xorvatiya, Slovakiya, Yunanıstan, İspaniya, Bolqarıstan və İtaliyada isə bu, adətən, ən azı 30 yaşına qədər baş vermir.

OECD-in məlumatlarına əsasən, hazırda valideynləri ilə yaşayan gənc yetkinlərin sayı Cənubi Avropa ölkələrində yüksək səviyyədədir. Belə ki, ailəsi ilə birlikdə yaşayan 20-29 yaşlı gənclərin ən yüksək nisbəti 80 faizlə İtaliyada, 78 faizlə Yunanıstanda, 77 faizlə İspaniyada və 76 faizlə Portuqaliyada qeydə alınıb. Müqayisə üçün, bu nisbət Britaniyada 43 faiz, ABŞ-da isə 39 faizdir. Skandinaviya ölkələrində – Norveç, Finlandiya, İsveç və Danimarkada isə göstərici 20 faizdən də aşağıdır.

“Eurostat”ın məlumatlarına əsasən, İtaliya və Rumıniya Aİ-də ən yüksək NEETS (təhsil, məşğulluq və ya təlimdə olmayan 15-29 yaş arası şəxslər) göstəricisi olan ölkələr arasındadır.

AzPost.az

Post navigation

Previous: “Mənasız danışanlarla aram yoxdur…Ən çox sevdiyim şey həyatdır” –
Next: Hərbi qulluqçulara mənzillər verilib

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

Telefon
  • İqtisadiyyat

Azərbaycanda telefonların bazar payı 66 faizə yaxınlaşdı – Kompüterlər niyə geriləyir?

User 03 Noyabr 2026 - 13:34
Azərbaycanda elektronika bazarında istehlakçıların əsas seçimlərindən biri yenə də mobil telefonlar olub. Oktyabr ayında mobil cihazlar ölkənin...
Read more about Azərbaycanda telefonların bazar payı 66 faizə yaxınlaşdı – Kompüterlər niyə geriləyir?
“Din, elm adı ilə antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı
  • Sosial

“Din, elm adı ilə antidövlət fəaliyyəti ilə məşğul olurlar” – Deputat

User 03 Noyabr 2026 - 13:22
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 03 Noyabr 2026 - 12:50
Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı haker hebs01
  • Baş Yazı

Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı

User 03 Noyabr 2026 - 12:33
Səbinə Əliyeva yenidən Ombudsman seçilib ombudsman
  • Sosial

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

User 03 Noyabr 2026 - 12:28
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.