Şirniyyat, qəhvə və alkoqol əhval-ruhiyyəni qaldırmır və fayda gətirmir. Özünü daha enerjili və gümrah hiss etmək üçün “xoşbəxtlik hormonlarının” yaranmasını artıran qidalara üstünlük vermək lazımdır. AzPost xəbər verir ki, qidalanma üzrə mütəxəssis Anna Dyomina RuNews24.ru-ya danışaraq bu qidaların siyahısını açıqlayıb.
Onun sözlərinə görə, yumurta, süd məhsulları, pendir, qoz-fındıq və müxtəlif toxumlar kimi triptofanla zəngin qidalar xüsusilə faydalıdır. Triptofan serotonin — yəni “sevinc hormonu”nun yaranmasında əsas rol oynayır. Mütəxəssis bildirib ki, yulaf sıyığı, qarabaşaq, kinoa, lobya və noxud da qanda şəkərin sabit qalmasına kömək edir və beynin enerji balansını qoruyur.
Ekspert əlavə edib ki, parlaq rəngli meyvə və tərəvəzlər, eləcə də avokado və tofu emosional tarazlığı saxlamağa və stressi azaltmağa kömək edir.