Hansı yeməklər ömrü qısaldır? –Həkim rəyi

Qidalanma
Qidalanma

Hansı yeməklər ömrü qısaldır? Düzgün qidalanma sağlamlığı və gözəlliyi qorumağa kömək edir.  AzPost Ngs24.ru -ya istinadən bildirir ki, həkimlərin fikrincə, bu həm də uzunömürlülüyün açarıdır.

Doktor İrina Sergeyeva gəncliyi  tez “aparan” dörd zərərli məhsulu sadalayıb.

Siyahının əvvəlində olan yeməklər şəkərli qazlı içkilərdir.  Həkimin sözlərinə görə, bu suya şəkər, rəngləyici boyalar, ətirli maddələr qatılır. Bu isə nəticədə təhlükəli mayeyə çevrilir. Müntəzəm olaraq içdikdə çəki artırır, dərinin vəziyyətini pisləşdirir, selülitin görünüşünə və mədə-bağırsaq traktında problemlərə səbəb olur.

Həkim həmçinin bişmə çörək-bulka məhsulların miqdarını məhdudlaşdırmağa çağırıb. Onun fikrincə, hər gün kruasan və tort yemək şəkərli diabet və piylənmə riskini artırır. Sergeyeva həmçinin bədənin su balansını poza bilən duz istehlakını məhdudlaşdırmağı məsləhət görür. Gündə bir çay qaşığı duz istehlak etmək məqbuldur.

Nəhayət, alkoqollu içkilər rasiondan tamamilə xaric edilməlidir. Çünki onlar susuzluğa, orqanların həddindən artıq yüklənməsinə səbəb olur və bədənin yaşlanma prosesini sürətləndirir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.