Harvard Universiteti Tramp administrasiyasının tətbiq etdiyi 2,6 milyard dollarlıq maliyyə kəsintisinin qanunsuz olduğunu bildirərək federal məhkəməyə müraciət edib.
AzPost xəbər verir ki, universitet bu addımı hökumətin təhsil müəssisələrini siyasi təzyiqlərlə idarə etməyə çalışması kimi qiymətləndirib.
Kəsintilər nəticəsində Harvardın yüzlərlə elmi və tibbi tədqiqat layihəsi dayandırılıb. Universitetin vəkilləri bildiriblər ki, hökumət antisemitizmə qarşı mübarizə bəhanəsi ilə akademik müstəqilliyi boğmağa çalışır.
Məhkəmədə çıxış edən hakim hökumətin qərarlarını əsaslandırmadan universitetə qarşı tədbir görməsini tənqid edib. Harvard rəhbərliyi isə bildirib ki, heç bir hökumət kimin qəbul ediləcəyi və nə öyrədiləcəyinə qərar verməməlidir.
Hazırda universitet öz layihələrini daxili resurslarla dəstəkləməyə çalışsa da, federal maliyyə itkisini tam qarşılaya bilməyəcəyini bəyan edib. Məhkəmənin yekun qərarı yaxın günlərdə gözlənilir.