Hava Limanı-Mərdəkan-Zuğulba yolunda yeni yerüstü piyada keçidi tikilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 11-ci kilometrində yeni piyada keçidinin inşası yekunlaşıb.

Agentlikdən bildirilib ki, layihə üzrə keçidin ümumi uzunluğu 46 metr, daxili eni 3,5 metr, qalereyasının eni 4,5 metrdir.

Yol səviyyəsindən hündürlüyü 5,9 metr olan keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir. Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağı, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı tikilib, piyada keçidinin ətrafında abadlaşdırılma işləri aparılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.