ABŞ-ın Kolorado ştatı yaxınlığında baş verən faciəvi hadisədə iki sərnişin təyyarəsi hava limanına eniş zamanı toqquşub. AzPost xəbər verir ki, insident nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə 31 avqust, bazar günü Fort-Morgan bələdiyyə hava limanının yaxınlığında baş verib. Məlumata görə, Cessna 172 təyyarəsi eniş trayektoriyasında olarkən Flugzeugbau EA300 ilə havada toqquşub. Toqquşma nəticəsində bir təyyarə yanmağa başlayıb, digər təyyarə isə ciddi zədələnib.
Yanğın zamanı Extra EA300 təyyarəsindən ölü sərnişin çıxarılıb, bir nəfər naməlum dərəcədə xəsarət alaraq xəstəxanaya yerləşdirilib, digər iki yaralı ambulator müalicəyə göndərilib. Həmin hava limanı hadisə səbəbindən müvəqqəti bağlanıb.
Federal Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası artıq qəzayı araşdırır və səbəbləri müəyyənləşdirməyə çalışır.