Havanın temperaturu 20 dərəcəyə çatacaq

Aprelin 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən APA-ya bildirilib ki, şimal küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-18° isti, Bakıda gecə 7-9° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində – 761 mm civə sütunundan 767 mm civə sütununa çatacaq.

Nisbi rütubət 70-80 %olacaq. 

Tibbi-meteoroloji proqnoz:

Aprelin 12-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi gündüz  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıdakı taksilərdə arakəsmələr quraşdırılır

Sonrakı məqalə

İctimai Nəzarət Şurası yaradıldı