“Hazırda Qarabağdan Ermənistana bir nəfər də gəlməyib” –Miqrasiya Xidməti

“Qarabağ sakinlərinin Ermənistana mümkün gəlişinin təşkili məsələsi ilə bağlı idarələrarası fəal müzakirələr davam edir”.

Azpost.info bildirir ki, bu barədə Ermənistanın DİN Miqrasiya və Vətəndaşlıq Xidmətinin katibi Nelli Davtyan “Haykakan Jamanak” nəşrinə müsahibəsində bildirib.

O, Ermənistanın Qarabağ sakinlərini qəbul etməyəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Davtyanın sözlərinə görə, hazırda Qarabağdan bir nəfər də olsun Ermənistana köçməyib. Odur ki, onların qəbul edib-etməmək məsələsini müzakirə etməyə dəyməz.

“Müxtəlif məsul idarələrlə fəal müzakirələr aparılır və müxtəlif ssenarilər, o cümlədən Qarabağdan gələnlərin Ermənistanda yerləşdirilməsi məsələsi müzakirə olunur”,- deyə o vurğulayıb.

Azpost.info

Əvvəlki məqalə

Modi Baydeni Hindistana səfərə dəvət edib

Sonrakı məqalə

“Sülh sazişi layihəsi ilə bağlı 70 faiz məsələ razılaşdırılıb” –