HƏMAS girovların azad edilməsi üçün şərtlərini- AÇIQLADI

HƏMAS İsrail nümayəndələrinə humanitar atəşkəs müqabilində 15-ə qədər girovu azad etməyi təklif edib.

Azpost.info xəbər verir ki, bu barədə “The New York Times” öz mənbələrinə istinadən yazır.

Mənbələrin sözlərinə görə, atəşkəs zamanı Qəzza sakinləri üçün humanitar yardımın çatdırılmasının təşkili planlaşdırılır.

Azad oluna biləcək girovlar arasında ABŞ vətəndaşları da var.

HƏMAS üç gün müddətinə barışıq əldə etməyi gözləyir. Onlara görə, bu, girovların təhlükəsiz təhvilinə, həmçinin Qəzza zolağına humanitar yüklərin çatdırılmasına şərait yaradacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.