“HƏMAS-ın girovların görüntülərini yayması qəddar təbliğatdır”- NETANYAHU

“HƏMAS-ın üç israilli girovun görüntülərini yayması qəddar psixoloji təbliğatdır”.

Azpost.info xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu bildirib.

“HƏMAS tərəfindən qaçırılan Yelena Trupanova, Daniel Aloni və Rimon Kirştaya müraciət edirəm. Sizi  qucaqlayıram. Ürəyimiz sizin və oğurlanan digər şəxslərin yanındadır”, – Baş nazir deyib.

Netanyahu hökumət orqanlarının hazırda bütün oğurlanmış insanları xilas etmək və evlərinə qaytarmaq üçün hər şeyi etdiyini vurğulayıb.

HƏMAS Teleqram kanalında yer alan videoda girovlar İsrail ordusunun onları müdafiə edə bilməməsində İsrail baş naziri Benyamin Netanyahunu ittiham ediblər. Onlar hökuməti girovları İsrail həbsxanalarındakı fələstinli məhbuslarla dəyişməyə çağırıblar.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.