HƏMAS-ın girovluğunda neçə nəfər var?- SAXAL açıqladı

Fələstinin HƏMAS hərəkatı tərəfindən girov götürülənlərin sayı 210 nəfərə çatıb.

Azpost.info xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib.

Onun sözlərinə görə, bu rəqəm hələ yekun deyil və arta bilər: “Hazırda 210 nəfərin oğurlandığı məlumdur. Yaxın bir neçə gün ərzində bu rəqəm dəyişə bilər. Mən sizi xəbərdar edəcəm”.

O əlavə edib ki, SAXAL-ın missiyalarından biri girovların axtarışı və azad edilməsidir. Onun sözlərinə görə, İsrail ordusu insanları evlərinə qaytarmaq üçün hər cür səy göstərir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.