“HƏMAS cümə günü bütün oğurlanmış qadınları azad etmək öhdəliyini yerinə yetirməyərək atəşkəs razılaşmasının şərtlərini pozub və İsrailə raket hücumlarını bərpa edib”.
Azpost.info xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib.
Məlumatda həmçinin qeyd olunub ki, İsrail hərbi əməliyyatlara qayıtmaqla yanaşı, girovları azad etmək, HƏMAS-ı məhv etmək və Qəzza zolağının İsrail xalqı üçün heç vaxt təhlükə yaratmayacağına təminat vermək kimi məqsədlərinə çatmağa sadiqdir.
Azpost.info