“Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, media nümayəndələrinin dünən minaya düşərək həlak olması Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1738 saylı qətnaməsini pozur”.
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri bununla bağlı “Twitter” səhifəsində paylaşım edib.
Qətnamədə qeyd edilir ki, jurnalistlər, media nümayəndələri və əlaqəli işçilər də daxil olmaqla mülki şəxslərin qorunması ilə əlaqəli beynəlxalq hüquqa əsasən silahlı qarşıdurmada iştirak edən bütün tərəflərin öhdəliklərinə tam əməl etmələri tələb olunur.
UNSCR 1738-"Recalls in this regard that journalists, media professionals,associated personnel engaged in dangerous professional missions in areas of armed conflict shall be considered as civilians,respected and protected"https://t.co/6GVfEEu86s #ArmenianWarCrimes pic.twitter.com/3BbjWOaCFM
— Hikmet Hajiyev (@HikmetHajiyev) June 5, 2021