Prezident İlham Əliyev Müdafiə nazirinin müavini -Quru Qoşunları komandanı Hikmət Mirzəyevə yeni rütbə verib.
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncama əsasən general-leytenant Hikmət İzzət oğlu Mirzəyevə “General-polkovnik” rütbəsi verilib.