Hikmət Hacıyev Avropa İttifaqının Komitə sədri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronkla görüşüb.

Bu barədə avropalı diplomat Tviterdə bildirib.

“Bu formatdakı ilk görüşlərində Azərbaycan və Avropa İttifaqı Siyasi məsələlər və Təhlükəsizlik Komitəsi səfirləri Aİ-Azərbaycan əməkdaşlığı, Ermənistan-Azərbaycan normallaşma prossesi və regional təhlükəsizlik məsələləri üzrə səmərəli müzakirələr aparıblar” – Pronk vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.