Hikmət Hacıyev Qarabağ qaziləri ilə:"Əziz qardaşlar, haqqınızı bizə halal edin!" (FOTO)

Ötən gün fitnes məşqçisi Kamil Zeynallının prezidentin köməkçisi Hikmət Hacıyev və qazilərlə birgə paylaşdığı foto sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Sfera.az-ın əməkdaşı sözügedən görüntülərlə bağlı Kamil Zeynallı ilə əlaqə saxlayıb, onun təəssüratlarını öyrənib. K.Zeynallı görüşün plansız baş tutduğunu bildirib: “Biz “Davam” Gənclər Hərəkatı, “YAŞAT” Fondu və “BakuBus” MMC-nin təşkilati dəstəyi ilə 40 qazimizi Türkiyə oyununa apardıq. Stadiona bir qədər yaxın ərazidə düşdük ki, qazilərimiz üçün çətinlik olmasın.

Stadionun yaxınlığında Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev mənə yaxınlaşaraq qazilərə diqqətim və təşkilatçılıq üçün öz təşəkkürünü bildirdi. Hamımızla şəkil çəkdirdi və gedəndə dedi ki, əziz qardaşlar, haqqınızı bizə halal edin. Ailəsi ilə olduğu üçün bizimlə çox zaman keçirə bilmədi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İsveçrə və İsveç 1/8 finala vəsiqə qazanıb –

Sonrakı məqalə

Rumıniya, Avstriya və Litvanın XİN başçıları Azərbaycana səfər edəcək