İsveçrə və İsveç 1/8 finala vəsiqə qazanıb –AVRO-2020

AVRO-2020-də qrup üçüncüsü kimi 1/8 finala yüksələn ilk komanda müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu, üç qrupda mübarizə başa çatdıqdan sonra rəsmiləşib.

A, B və C qruplarının üçüncüləri arasında ən yaxşı nəticəyə malik olan komanda “dördlük”də yerini təmin edib. Söhbət 6 üçüncü yer sahibindən mərhələ adlayan 4 ən yaxşıdan gedir.

Ən azı 2 qrupdakı qiyabi rəqibini qabarlamaq isə 1/8 finala vəsiqə üçün yetərli olub. A qrupunun üçüncüsü olan İsveçrə bu vəsiqəni əldə edib. Onlar hərəyə üç xal toplayan Ukrayna və Finlandiyadan daha yaxşı nəticəyə malikdir.

A İsveçrə 3 1 1 1 4-5 4
C Ukrayna 3 1 0 2 4-5 3
B Finlandiya 3 1 0 2 1-3 3

3-cü yer sahiblərindən ikisinin aktivində 3 xal olması daha bir komandanın 1/8 finala yolunu açıb. Bu, E qrupunda yer alan İsveç millisidir.

Skandinaviyalılar öz qrupunda ilk üç yerdən birini təmin edib. Aktivində 4 xal olan şimallılar 3-cü olsa belə Ukrayna və Finlandiyanı qabaqlayacaq.

Qeyd edək ki, İtaliya və Uels A, Belçika və Danimarka B, Niderland və Avstriya C qrupunda ilk iki yerin sahibi kimi 1/8 finala yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Danimarka 1/8 finala yüksəlib –

Sonrakı məqalə

Hikmət Hacıyev Qarabağ qaziləri ilə: