Hikmət Hacıyev ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi Karen Donfridlə görüşüb.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Hikmət Hacıyev və Karen Donfrid arasında keçirilmiş görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin hazırkı vəziyyəti, sülh müqaviləsi, sərhədlərin delimitasiyası və nəqliyyat məsələlərini müzakirə ediblər.

Tərəflər Azərbaycan – ABŞ ikitərəfli strateji əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.