Azərbaycan Aktyorlar Agentliyinin (actorsagency.az) xarici film istehsalçıları ilə əməkdaslığı nəticəsində son illərdə azərbaycanlı aktyorlar xarici filmlərin çəkilişlərində iştirakı intensiv hal alıb.
Azpost.info bildirir ki, bu barədə kinoinfo jurnalı məlumat verib.
2013-cü ildən fəaliyyət göstərən Agentlik Azərbaycan aktyorlarının film istehsalçıları ilə münasibətlərinin qurulması istiqamətində işləyir. Bura kastinq, müqavilələrin tərtibi və iş şərtlərinin razılaşdırılması daxildir. Son bir ildə Azərbaycan aktyorların Agentliyin vasitəsi ilə çəkildiyi əcnəbi filmlərin siyahısını təqdim edirik.
| İLMİN ADI | İSTEHSALÇI | NÖV | JANR | İŞTİRAK EDƏN AKTYORLAR |
| Aktyor | Rusiya | Bədii serial | döyüş, detektiv | Fəxrəddin Manafov |
| Canım Qazaxıstan | Qazaxıstan | Bədii film | komediya, melodram | Sənubər İsgəndərli |
| Cəhd etmək | Hindistan | Bədii film | melodram, döyüş | Kazım Abdullayev, Rövşən Kərimduxt, Vüsalə Ağayeva, Tural Əhməd |
| Diplomat-2 | Rusiya | Bədii serial | melodram | Ləman İmanova |
| Ərik acısı | Rusiya | Bədii serial | melodram | Hüsniyyə Mürvətova |
| Həqiqət | Sinqapur Hindistan | Bədii serial | döyüş, melodram | Ərturan Nəcəfi Göl, Elgiz Nəbili |
| İnam | Sinqapur | Bədii serial | melodram | Toğrul Rza |
| KakP | Hindistan | Bədii serial | macəra, döyüş | İlqar Cahangir, Turanə Hüseynli, Ərturan Nəcəfi Göl Netflix platforması üçün |
| Qovulmuşlar | Rusiya | Bədii serial | tarixi dram | Rövşən Kərimduxt, Hüsniyyə Mürvətova, Səmimi Fərhad, Kamran Ağabalayev, Aydan Həsənzadə, Əbdülqəni Əliyev, Cavidan Novruz, Cümşüd Zeynalov, Sənan Əlləz IVI platforması üçün |
| Parıltı | Rusiya | Bədii serial | melodram | Corc Qafarov IVI platforması üçün |
| Sərdar | Hindistan | Bədii film | melodram | Əsgər Əsgərov, Faiq Mirzəyev, Yaroslav Trifonov, Ərturan Nəcəfi Göl |
| Yeniçərilər | Rusiya | Bədii serial | tarixi dram | Kamran Ağabalayev, Pərviz Məmmədrzayev |





