Hindistan 1,4 milyard dollarlıq “patı” daşıyan gəmi saxlanıb

Hindistan hüquq-mühafizə orqanları 1,4 milyard dollar dəyərində 2,5 ton metamfetamin daşıyan gəmini saxlayıb.

Bu barədə “Economic Times”a məlumat verib.

Qeyd olunur ki, qadağan olunmuş maddə ölkənin Hərbi Dəniz Qüvvələri ilə birgə həyata keçirilən Samudraqupt əməliyyatı zamanı ələ keçirilib. Eyni zamanda yükün 134 kisələyə yığıldığı və Hindistan, Şri-Lanka və Maldiv adalarında satış üçün nəzərdə tutulduğu bildirilir. Əməliyyat çərçivəsində ümumilikdə 3,2 tona yaxın metamfetamin, 500 kq heroin və 529 kq həşişin saxlanıldığı dəqiqləşdirilir.

Əvvəlki məqalə

Brüssel görüşündə Qarabağ erməniləri ilə dialoq müzakirə edilib

Sonrakı məqalə

“Nəticələrin tələsik elan olunması milli iradənin qəsb edilməsidir” –