Hindistan Baş naziri bu gün Moskvaya gəlir- Modi Putini dostu adlandırıb

Hindistan Baş naziri Narendra Modi Moskvaya uçmazdan əvvəl Rusiya lideri Vladimir Putinlə görüşü səbirsizliklə gözlədiyini bildirib.

Azpost.info xəbər verir ki, o, Rusiya prezidentini dostu adlandırıb.

“Mən dostum prezident Vladimir Putinlə ikitərəfli əməkdaşlığın bütün aspektlərini nəzərdən keçirməyi və müxtəlif regional və qlobal məsələlərlə bağlı fikirləri bölüşməyi səbirsizliklə gözləyirəm”, – Modi deyib.

Kreml Narendranın iyulun 8-9-da Rusiyada rəsmi səfərdə olacağını təsdiqləyib. Modi Putinlə Nyu-Dehli və Moskva arasında münasibətlərin gələcək inkişaf perspektivlərini, həmçinin beynəlxalq və regional gündəlikdəki aktual məsələləri müzakirə edəcək.

Azpost.info

Əvvəlki məqalə

6 ayda ölkədə 23 min qız, 27 min oğlan doğulub

Sonrakı məqalə

Beyləqanda süpürgəçini maşın vuraraq öldürüb