Hindistan Kanadadan 40 diplomatı ölkədən çıxarmağı tələb edib

Hindistan Kanadadan oktyabrın 10-dək 40-a yaxın diplomatını öz ərazisindən çıxarmağı tələb edib.

Azpost.info bildirir ki, bu barədə “Financial Times” qəzeti yazır.

Ottavanın Britaniya Kolumbiyası ştatının Surrey şəhərində siqx icmasının lideri Hardep Sinq Nijara sui-qəsd təşkil etməkdə ittiham edilməsindən sonra ölkələr arasında gərginlik artıb.

Kanadanın ittihamlarından az sonra yüksək rütbəli Hindistan diplomatı ölkədən çıxarılıb. Medianın məlumatına görə, həmin şəxs Hindistan xarici kəşfiyyatı ilə əlaqəsi olub.

Kanadanın baş naziri Castin Trudo bundan əvvəl milli parlamentin İcmalar Palatasında çıxışı zamanı bildirib ki, G20-nin son iclası zamanı Hindistanın baş naziri Narendra Modi ilə söhbəti zamanı o, Dehlini Kanada vətəndaşını öldürülməsi ilə bağlı silahlı insidentdə iştirakda ittiham edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.