Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Hadisə

Hindistanda pələnglər 17 gündə 11 nəfəri parçaladı

Orkhan Ali 29 May 2025 - 09:14 (Last updated: 29 May 2025 - 08:51)
Pələng

Pələng

Hindistanda pələnglər 17 gündə 11 nəfəri parçaladı.

Hindistanın Maharaştra ştatında yerləşən Tadoba-Andhari Vəhşi Təbiət Qoruğunda pələnglər ardıcıl hücumlarla 17 gün ərzində 11 nəfəri öldürüb. İnsidentlər Çandrapur bölgəsində qeydə alınıb.

AzPost-un Free Press Journal-a istinadla məlumatına görə, son günlər əraziyə yaxın meşəliklərdə pələng hücumları kəskin şəkildə artıb. Nəşr bildirir ki, son hadisədə yerli qadın əri və dostları ilə birlikdə bambuk yığarkən vəhşi heyvanın hücumuna məruz qalıb. Pələng qadını parçalayıb və hadisə yerində öldürüb.

Bundan bir qədər sonra isə eyni ərazidə daha bir hücum baş verib. Bu dəfə pələngin qurbanı kişi olub. Yerli sakinlərin sözlərinə görə, meşə ətrafında vəziyyət kritik olaraq qalır və insanlar qorxu içində yaşayır.

Maharaştra Meşə Departamenti baş verən hadisələrlə bağlı araşdırmalara başlayıb. Qoruq ərazisində təhlükəsizlik tədbirləri gücləndirilsə də, vəhşi heyvanların yaşayış məntəqələrinə yaxınlaşması davam edir.

Qeyd edək ki, Tadoba-Andhari ölkənin ən qədim milli parklarından biri hesab olunur və burada pələnglərin sayı çoxdur. Mütəxəssislər ehtimal edir ki, ərazidəki mövsümi dəyişikliklər və qida qıtlığı pələnglərin yaşayış məntəqələrinə gəlməsinə səbəb olub.

Rəsmi qurumlar yerli əhaliyə meşəyə girməmək barədə xəbərdarlıq etsə də, bəziləri məcburiyyət qarşısında bu qaydalara əməl edə bilmir.

AzPost.az

Post navigation

Previous: “50% endirim” yalanı ifşa oldu
Next: Komandir cinayət işini bağlatmaq istədi

Oxşar xəbərlər

yangin
  • Hadisə

Bakıda restoranda yanğın olub – VİDEO

Orkhan Ali 21 Oktyabr 2026 - 09:53
MOTOXULİQANLIQ
  • Hadisə

Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb

User 08 Oktyabr 2026 - 15:55
  • Hadisə

Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib

User 18 Sentyabr 2026 - 12:23

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.