Hokkey tarixinin əfsanəsi: Dünya çempionu 75 yaşında vəfat etdi

Moskva “Dinamo” klubunun və SSRİ yığmasının sabiq müdafiəçisi Aleksandr Filipov 75 yaşında vəfat edib. Azpost xəbər verir ki, klubun rəsmi Telegram-kanalında bu barədə məlumat verilib.

Filipov 1975-ci ildə SSRİ yığmasını dünya çempionu edən komandada mühüm rol oynayıb və həmin il Avropa çempionu da olub. O, həmçinin iki dəfə SSRİ Kubokunu qazanıb.

1993-cü ildən Filipov məşqçi kimi fəaliyyətə başlayıb və peşəkar karyerasını gənc nəsillərin yetişdirilməsinə həsr edib. Məşhur hokkeyçi Aleksandr Oveçkinin həm dini atası, həm də ilk məşqçisi məhz Filipov olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.