Gürcüstan hökumətinə ölkə ərazisində fövqəladə vəziyyət elan etmədən məhdudiyyətlər tətbiq etmək səlahiyyəti veriləcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkə parlamentinin Səhiyyə və sosial məsələlər üzrə komitəsinin sədri Dimitri Xundadze bildirib.
Onun sözlərinə görə, mayın 22-də fövqəladə vəziyyət rejimi başa çatsa da, epidemioloji vəziyyətə görə minimum məhdudiyyətlərin müəyyən müddətdə saxlanılmasına ehtiyac var.
Deputat deyib ki, bununla bağlı müvafiq qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb və parlamentə təqdim olunacaq. O qeyd edib ki, qanun qəbul ediləndən sonra parlamentin ölkədə fövqəladə vəziyyət rejiminin elan edilməsini dəstəkləməsinə ehtiyac qalmayacaq.