Honq Konqda koronavirusa rekord sayda yoluxma qeydə alınıb

27 İyul 2020 - 14:50

Honq Konqda koronavirusa rekord sayda gündəlik yoluxma qeydə alınıb.

Trend-in məlumatına görə, Çinin muxtar regionunda son sutkada 145 nəfər virusa yoluxub.

Bölgə rəhbərliyi yoluxmanın artımının qarşısının alınması üçün sərt tədbirlərin tətbiq olunacağını elan edib.

Belə ki, Honq Konqda restoranlarda nahar etmək, eləcə də iki nəfərdən artıq qruplara toplaşmaq qadağan edilir. Maska taxmaq açıq havada da məcburi olacaq. Maska taxmamağa görə cərimə 650 dollara yaxın təşkil edəcək.

Bu qaydalar iyulun 29-dan etibarən bir həftə müddətində tətbiq olunacaq.