Tehran Hörmüz boğazından istifadə qaydalarını kökündən dəyişən yeni daxili protokol qəbul edib. Sənəd strateji su yolunda gəmilərin hərəkətinə ciddi məhdudiyyətlər və yeni maliyyə tələbləri nəzərdə tutur.
AzPost xarici mediaya istinadla xəbər verir ki, İran rəhbərliyi Hörmüz boğazı üzərindən gəmiçilik fəaliyyətini tənzimləyən yeni direktivi təsdiqləyib. Protokolun icrası dərhal İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələrinə tapşırılıb. Yeni qaydalar iki sərt prinsip üzərində qurulub:
-
Rəqib Ölkələrə Qadağa: İranın “rəqib” hesab etdiyi dövlətlərin və onlara məxsus gəmilərin boğazdan istifadə hüququ tanınmır.
-
Kompensasiya Tələbi: İran bu dəniz keçidinin istismarından və ya regiondakı geosiyasi vəziyyətdən qaynaqlanan bütün iqtisadi itkilərini boğazdan istifadə edən tərəflər hesabına kompensasiya etmək niyyətindədir.
Xəbərin ən diqqətçəkən məqamı regionun ənənəvi vasitəçisi və neytral dövləti sayılan Oman Sultanlığının mövqeyidir. Məlumatlara görə, Maskat administrasiyası bu yeni protokolu müşayiət etməyə və İran tərəfi ilə koordinasiyalı şəkildə hərəkət etməyə razılıq verib.