Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov saxlanılıb

Hüquq-müfahizə orqanları Hurriyyet TV-də əməliyyat keçirib.

Bakupost.az  xəbər verir ki, əməliyyat zamanı “Hürriyyət” qəzeti, eyniadlı Hurriyyet.az saytı və Hurriyyet TV-nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb. Qeyd olunur ki, həmçinin “Hurriyyet TV”-nin ofisində axtarış aparılıb, kompyüter və bəzi sənədlər götürülüb.

“Hürriyyət” qəzetinin yaydığı məlumata görə, Vüqar Məmmədov (Tofiqoğlu) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyatla saxlanılıb.

Əməliyyat 29 oktyabr 2025-ci il tarixində, axşam saaat 18:00 radələrində keçirilib.
Təxminən eyni saatlarda Baş redaktorun Nizami rayonunda kirayə yaşadığı mənzilində də axtarış aparılıb və mənzildən heç bir sənəd və ya əşya götürülməyib.
Məlumatda deyilir ki, Vüqar Məmmədovun yaşadığı evdə və “Hurriyyet TV”-nin ofisində aparılan axtarış DTX-nın müraciəti əsasında 26 oktyabr 2025-ci il tarixində Səbail Rayon Məhkəməsinin çıxardığı qərara əsasən aparılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.