“Hyundai Motor” şirkəti ABŞ-də təhlükəsizlik riski səbəbindən təxminən 569 min “Palisade SUV” modelini geri çağırır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Şirkətin açıqlamasına görə, yan pərdə hava yastıqlarının düzgün açılmaması problemi mövcuddur. Geri çağırma 568.576 ədəd “Palisade” modelini əhatə edir.
ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) bildirib ki, bu avtomobillərdə üçüncü sıra sərnişinləri üçün nəzərdə tutulan yan pərdə hava yastıqları qəza zamanı tam açılmaya bilər.