Hələbdəki İran konsulluğuna silahlı hucum edilib

İran Suriyanın Hələb şəhərindəki konsulluğunda terror aktı törətdiyini bildirib.

Azpost.info bildirir ki, bu barədə Mehr Agentliyi məlumat yayıb.

“İran Xarici İşlər Nazirliyi terrorçu qrupların Suriyanın Hələb şəhərindəki konsulluğunun binasına hücumunu qətiyyətlə pisləyib”, – deyə KİV-də bildirilib.

Xatırladaq ki, son məlumatlara görə, şəhərin böyük hissəsi silahlı müxalifətçi dəstələr tərəfindən ələ keçirilib.

İslamçı qruplar Suriyanın şimal-qərbində gözlənilməz hücuma keçib.

İslamçılara 2017-ci ildə “Əl-Qaidə”dən ayrılan “Həyat Təhrir əl-Şam” radikal qruplaşması rəhbərlik edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.