Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

“Hər dəfə 10 min, 50 min manat gətirdim” –

User 10 Dekabr 2024 - 10:22 (Last updated: 21 May 2025 - 20:15)
hakim02

“SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
İlk olaraq Mətləb Bağırovun evinə keçirilmiş baxışda iştirak etmiş Daxili İşlər Nazirliyinin iki əməkdaşı şahid qismində ifadə verib.

Onlar baxış keçirdikləri evdə dini kitablar və disk aşkar etdiklərini bildiriblər. Digər şahid Fərid Hüseynovun isə Mətləb Bağırovun bacısının həyat yoldaşı olduğu, eyni zamanda sürücüsü vəzifəsində çalışdığı bildirilib. O, təqsirləndirilən şəxsin saxlanılmasından danışıb. Deyib ki, onlar maşınla gedərkən Qaradağ postunda polis əməkdaşları tərəfindən saxlanılıblar. Daha sonra polis bölməsində ifadə veriblər. Şahid daha sonra sərbəst buraxıldığını, bir müddət sonra küçədə ictimai qaydanı pozduğuna görə saxlanıldığını, haqqında inzibati həbs seçildiyini bildirib. Dövlət ittihamçısı şahidə Mətləb Bağırova pul aparması ilə bağlı sual ünvanlayıb.

F.Hüseynov bildirib ki, belə hallar olub, lakin ona bu barədə tapşırığı Mətləbin tanışı Tural adlı şəxs verib. O, Hüseyn Kefsiz və Anar adlı digər şahidləri də tanıdığını deyib. O, Mətləbin tanışı Tural adlı şəxsin tapşırığı əsasında Bakı şəhərində Hüseyn Kefsiz və Anar adlı şəxslərdən hər dəfə 10 min, 50 min manat dəyərində müxtəlif məbləğlərdə vəsait alaraq Mətləb Bağırova gətirdiyini əlavə edib. Onu da bildirib ki, onların hansı fəaliyyətlə məşğul olduğunu bilmir.

Şahidin indiki ifadəsi ilə ibtidai istintaqa verdiyi ifadə ziddiyyət təşkil etdiyi üçün ilkin ifadəsi elan olunub. Şahid ifadəni təsdiq etməyib. Sualları cavablandıranda qeyd edib ki, pullarla bağlı proses 10-15 il ərzində olub. Bildirib ki, Mətləb Bağırovun çanta satmaq biznesi olub və bu yollarla ona pullar gətirilib.

Dövlət ittihamçısı “Burada 2 milyon manatdan söhbət gedir, bunların hamısı çantadan gələn gəlir ola bilməzdi” deyə etiraz edib. Şahid isə bildirib ki, məbləği dəqiq bilməyib.

Proses yanvarın 6-da davam etdiriləcək.

Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Bağırov Mətləb Mirzəmməd oğlu xaricdə dini təhsil alıb, “İnterAz” və “SalamNews” informasiya agentliklərinin təsisçisi olub. O, 2023-cü il yanvarın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. Ona qarşı cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırma, yalançı sahibkarlıq, dini ekstremist materialları saxlama, qaçaqmalçılıq və digər maddələrlə ittiham irəli sürülüb.
M.Bağırov Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə təqsirləndirilir. (APA)

Post navigation

Previous: Beynin təkamülündə bağırsaq mikroblarının rolu
Next: Gəncədə 1 nömrəli məktəbin direktoruna şiddətli töhmət verilib

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

aqilli insan
  • Maraqlı

Ağıllı olmaq uğura zəmanət vermir – Uğurlu insanların 5 ortaq xüsusiyyəti

User 06 Noyabr 2026 - 15:05
Yüksək intellekt insanın həyatda uğur qazanacağına zəmanət vermir. Daha vacib olan, o qədər də geniş yayılmayan bir...
Read more about Ağıllı olmaq uğura zəmanət vermir – Uğurlu insanların 5 ortaq xüsusiyyəti
Evliliyi səssizcə dağıdan 5 vərdiş – Cütlüklər bu səhvləri vaxtında görməlidir Boşanma
  • Sosial

Evliliyi səssizcə dağıdan 5 vərdiş – Cütlüklər bu səhvləri vaxtında görməlidir

User 06 Noyabr 2026 - 14:52
Trampın komandasında istefalar gözlənilir – Kimlər risk altındadır? tramp elcek
  • Dünya

Trampın komandasında istefalar gözlənilir – Kimlər risk altındadır?

User 06 Noyabr 2026 - 14:40
Prezident və birinci xanım Zəngilanda zengilan
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda

User 06 Noyabr 2026 - 14:31
ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.