“Yaponiya hərbi gücünü əsaslı şəkildə artıracaq” – Baş nazir
Yaponiya Tayvan ətrafındakı vəziyyət fonunda silahlı qüvvələrin imkanlarını əsaslı şəkildə gücləndirəcək və ölkənin müdafiə qabiliyyətini artıracaq.
Azpost.info xəbər verir ki, bunu Yaponiya baş naziri Fumio Kişida Tokioda ABŞ prezidenti Co Baydenlə danışıqların yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Baş nazir ABŞ-ın bu qərarı dəstəklədiyini bildirib.
O, hərbi xərclərin artırılmasına qərar verildiriyini də açıqlayıb: “Ölkəmizin müdafiə qabiliyyətini əsaslı şəkildə gücləndirmək niyyətindəyik. Müvafiq planlar ABŞ prezidenti tərəfindən dəstəklənib. Tayvan ətrafındakı vəziyyəti nəzərə alaraq hərbi gücümüzü artırmaqla məşğuluq”.
Liderlər Çin məsələsində, həmçinin Şimali Koreyanın nüvə proqramı ilə bağlı əməkdaşlıq edəcəklərinə də söz veriblər. “İki lider Şimali Koreyanın nüvə və ballistik proqramları, eləcə də Çinin beynəlxalq hüquqa zidd davranışları ilə bağlı narahatlıqları həll etmək üçün yaxından əməkdaşlığa söz verdilər”, – Ağ Evdən bildiriblər.
Tərəflər həmçinin yeni texnologiyalar, təchizat təhlükəsizliyi və təmiz enerji sahələrində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Azpost.info
