Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

I və IV ixtisas qrupları üzrə qəbul imtahanında ən yüksək balı onlar yığdılar

User 24 İyun 2026 - 20:10 (Last updated: 24 İyun 2026 - 20:10)
imtahan

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 nəfər – Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin məzunu Məcidli Burlaxatun Bəhruz qızı, Bakı şəhəri Nizami rayonu 238 saylı məktəbin məzunu Hüseynli Leyla Samir qızı, Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Mehdiyev Əli Eldar oğlu, Tovuz rayonu S.Kazımov adına Qovlar şəhər orta məktəbinin məzunu Qənbərov İsrafil Ramil oğlu və Bakı şəhər Yasamal rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Zeynalova Nargilə İlkin qızı göstərib.

Məcidli Burlaxatun Bəhruz qızı  hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Əliyeva Aysu Rauf qızı və Bakı şəhəri Nizami rayonu 220 saylı məktəb-liseyin məzunu Hümbətova Ayan Xəqani qızı göstərib.

Əliyeva Aysu Rauf qızı hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (693.6 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 293.6 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

AzPost.az

Post navigation

Previous: I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri elan olundu –
Next: Yayda özünüzü niyə yorğun hiss edirsiniz?

Oxşar xəbərlər

oturaq isler
  • Sosial

Gün ərzində çox oturmaq orqanizmə necə təsir edir? – Həkim tövsiyəsi

User 25 Oktyabr 2026 - 10:56
Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35

xƏBƏR

avtomobil yol
  • Maraqlı

Avtomobil təkəri ilə bağlı sürücülərin buraxdığı səhvlər

User 25 Oktyabr 2026 - 11:35
Avtomobilin yanacaq sərfiyyatının artması, təkərlərin tez aşınması və yolda idarəetmənin çətinləşməsi bəzən sadə bir səbəblə — təkərlərdəki...
Read more about Avtomobil təkəri ilə bağlı sürücülərin buraxdığı səhvlər
Arıqlamaq istəyənlər bu 5 səhvə yol verməsin pehriz
  • Maraqlı

Arıqlamaq istəyənlər bu 5 səhvə yol verməsin

User 25 Oktyabr 2026 - 11:15
Gün ərzində çox oturmaq orqanizmə necə təsir edir? – Həkim tövsiyəsi oturaq isler
  • Sosial

Gün ərzində çox oturmaq orqanizmə necə təsir edir? – Həkim tövsiyəsi

User 25 Oktyabr 2026 - 10:56
Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı – obama
  • Dünya

Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı –

User 25 Oktyabr 2026 - 10:34
Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.