Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

İcazəsiz icra başçısının qəbuluna getdi, direktor danladı –

Orkhan Ali 22 Aprel 2025 - 14:43 (Last updated: 21 May 2025 - 20:15)
Hacıqabul

Hacıqabul

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının şüşəsini sındıran bağbana hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1997-cı il tarixdə Hacıqabulda doğulmuş, rayonun Mərkəzi Xəstəxanasında bağban işləyən U.T. İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. İşə rayon məhkəməsində baxılıb.
Məlum olub ki, U.T. atasına iş istəmək üçün Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun qəbuluna gedib. Bu zaman Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev də Sevindik Hətəmovun qəbulunda olub.
Baş həkim qəbulda bağbanı görən zaman kimdən icazə aldığını soruşub. Təqsirləndirilən şəxs isə direktorun müavini Cahangir Şıxəliyevdən şifahi icazə aldığını və ərizə yazmadığını deyib.

İcra başçısı ilə görüşdən sonra xəstəxana direktoru Natiq Əliyev bağbanı kabinetinə çağıraraq danlayıb. Əlini yumruqla stola vuraraq icazəsiz icra başçısının qəbuluna getdiyinə görə yenidən ona iradını bildirib.
U.T. bildirib ki, Natiq Əliyev əlini 3 dəfə stola çırparaq, onunla yüksək tonda danışıb. O isə başını əvvəlcə direktorun otağında divara, daha sonra isə giriş qapısına vurub. Sonra karidora çıxaraq orada olan arakəsmə şüşənin yumruqla vuraraq sındırıb.
Nəticədə direktorun kabinetinin qapısına 165, arakəsmə qapının bulanıq (buz) şüşəsini sındırmaqla isə 40 manat maddi ziyan vurub.
Məhkəmənin qərarı ilə U.T. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə vurulmuş ziyanın bir misli miqdarında, yəni 165 manat məbləğində cərimə edilib.

Post navigation

Previous: Səyyad Aran “abidələr biznesmenlərə verilsin” dedi, spiker qəzəbləndi
Next: “Yapı Kredi Bank Azərbaycan” 23 faiz kiçildi… –

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.