İcra başçısı koronavirusla bağlı müraciət yaydı

27 Fevral 2020 - 13:21

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun icra başçısı Zaur Darğallı yerli sakinlərə müraciət ünvanlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, müraciət rayon rəhbərinin “Facebook” səhifəsində yerləşdirilib.

“Marneulidə yaşayan vətəndaşlardan koronavirusun qarşısının alınması məqsədi ilə Gürcüstanı tərk etməmələri xahiş olunur”, – müraciətdə bildirilib.