İctimai nəqliyyatın hərəkəti bərpa olundu

Bu gün saat 06:00-dan Azərbaycanda ictimai nəqliyyatın hərəkəti bərpa edilib.

Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilmişdi.

Bununla bağlı Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə bu ilin 11 və 12 may iş günləri ilə 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilmişdi.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri təyin edilmişdi.

Qeyri-iş günlərində ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada son sutkada koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb

Sonrakı məqalə

“Sərhədlə bağlı texniki məsələ təxribat xarakterli bəyanatlarla şişirdilib” –