İctimai Şuralara müraciət

İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.

İctimai iştirakçılıq haqqında qanunun 11-ci maddəsinə əsasən İctimai şuranın rəy və təkliflərinə həmin sənədlərin ünvanlandığı mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanı tərəfindən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılmalıdır.

Vətəndaşların Mərkəzi və yerli icra hakimiyyətli orqanları yanında yaradılmış İctimai Şuralara onları narhat edən məslələr ilə bağlı müraciət etmə hüquqları vardır.

Ölkə üzrə yaradılmış ictimai şuralar haqqında məlumatları özündə birləşdirən https://ictimaishura.az/ veb səhifəsi yaradılmışdı. Vətəndaşlar https://ictimaishura.az/councils/az bölməsinə daxil olaraq hər bir dövlət qurumu yanında yaradılmış ictimai şura haqqında geniş məlumat əldə edə bilərlər. Həmin bölmədə ictimai şura üzvləri və onlar ilə əlaqə vasitələri qeyd olunub. Vətəndaşlar həmin şəxslərə öz müraciətləri ünvanlaya bilərlər.

Qeyd: Bu məqalə “Tolerantlıq” Sosial Araşdırmalar İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən  “Aktiv  Gənclər Təşəbbüsü” layihəsi çərçivəsində dərc edilir.

Əvvəlki məqalə

“Baydenin bu gün Ukrayna ilə bağlı çıxışı olacaq” –

Sonrakı məqalə

Bu məktəbə qəbul imtahanı vermiş hərbi çağırışçılara möhlət veriləcək