İctimai yerlərdə 24 nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb

 

Fevralın 9-da polis əməkdaşları tərəfindən respublika ərazisində 24 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, polis əməkdaşları COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşadıqları evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıblar. Koronavirus xəstələri tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev Moldova Baş nazirinin müavinini qəbul etdi

Sonrakı məqalə

Azərbaycanın İrandakı səfiri Tehranda Şuşa adının təhrif edilməsinə münasibət bildirib