İdmançı qızı xilas etdi, özü boğuldu –Lənkəranda boğulanların adı məlum olub

Lənkəranda dənizdə iki nəfər boğulatraq ölüb.

Dənizdə meyitləri tapılanlar – 2001-ci il təvəllüdlü Ramin Tahir oğlu Məmmədzadə və 2008-ci il təvəllüdlü Aysu Rafiq qızı Qəhrəmanzadə olub.

2003-cü il təvəllüdlü Zeynəb Ramin qızı Əliyeva sudan çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Zeynəb və Aysu xalaqızıdılar.

Onlar dənizdə çimərkən boğulmaq təhlükəsi yaranıb.

İdmançı olan Ramin özünü qızlara çatdırıb və Zeynəbi xilas edə bilib.

O, Aysunu xilas edərkən hər ikisi boğulub.

Meyitlər Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.