III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin sayı açıqlanıb

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin sayı açıqlanıb.

Bakı Şəhər Halqasından verilən məlumata görə, yarışlarda 12 ölkədən ümumillikdə 2313 nümayəndə heyəti iştirak edəcək.

Azərbaycanı 349, Rusiyanı 262, Qazaxıstanı 259, Özbəkistanı 254, Belarusu 240, Tacikistanı 144, Türkmənistanı 48, Qırğızıstanı 126, Küveyti 6, Türkiyəni 38, iştirakını yeni təsdiqləyən Pakistan və Omanı isə 4 idmançının təmsil edəcəyi dəqiqləşib.

Qeyd edək ki, III MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışlar 12 idman məkanında keçiriləcək.

Oyunlarda MDB-yə üzv və dəvət olunmuş ölkələrin idmançı və rəsmi nümayəndələrinin iştirakı

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.