Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Iki təhlükəli məhbus səhvən azadlığa buraxılıb

Orkhan Ali 06 Noyabr 2025 - 09:14 (Last updated: 06 Noyabr 2025 - 07:46)
hebsxana

Londondakı Uondsuort həbsxanasından iki məhbusun səhvən azadlığa buraxıldığı bildirilib. AzPost “Sky News” kanalına istinadla xəbər verir ki, azad edilənlərdən biri Əlcəzair vətəndaşı olan 24 yaşlı Braim Kaddur-Şerifdir.

Məlumata görə, o, 29 oktyabr tarixində azadlığa buraxılıb. Kaddur-Şerif özgə mənzilinə oğurluq məqsədilə daxil olmaqda və əvvəllər törətdiyi cinsi xarakterli cinayətlərdə ittiham olunaraq həbs edilmişdi. 2019-cu ildə turist vizası ilə Britaniyaya gələn həmin şəxs vizasının müddəti bitdikdən sonra ölkədə qeyri-qanuni şəkildə qalıb.

3 noyabrda isə eyni həbsxanadan daha bir məhbus – 35 yaşlı Uilyam Smit səhvən buraxılıb. O, elə həmin gün Kroyden rayon məhkəməsi tərəfindən dələduzluğa görə təxminən dörd il müddətinə azadlıqdan məhrum edilmişdi. Hazırda hər iki məhbusun axtarışları davam etdirilir.

Ədliyyə orqanları oxşar hadisənin oktyabrın 24-də də baş verdiyini bildiriblər. Həmin vaxt azyaşlıya və qadına qarşı əxlaqsız hərəkətlərə görə məhkum edilmiş Efiopiya vətəndaşı olan qeyri-qanuni miqrant səhvən azad edilmişdi. O, iki gün sonra Londonda saxlanılıb.

Hadisədən sonra Böyük Britaniyanın ədliyyə naziri Deyvid Lemmi həbsxanalarda nəzarətin gücləndiriləcəyini açıqlayıb.

Sky News məlumatına əsasən, 2024-cü ilin martından 2025-ci ilin martınadək Böyük Britaniyada səhvən azad edilən məhbusların sayı 260 nəfəri keçib. Bu göstərici ötən illə müqayisədə 128 faiz artım deməkdir.

AzPost.az

Post navigation

Previous: Tayvan dronlara qarşı yüzlərlə müdafiə sistemi almaq niyyətindədir
Next: Kardioloq soyuq əllər və ayaqların gizli səbəblərini açıqlayıb

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.