İkiqat NASCAR çempionu 41 yaşında öldü

Milli Serial Avtomobil Yarışları Assosiasiyasının (NASCAR) ali divizionunun ikiqat çempionu, əfsanəvi pilot Kayl Buş (Kyle Busch) 41 yaşında vəfat edib. AzPost xəbər verir ki, bu barədə assosiasiya özünün “X” (keçmiş Twitter) sosial şəbəkə hesabında rəsmi məlumat yayıb.

NASCAR-ın bəyanatında qeyd olunub ki, Buş sadəcə bir çempion deyil, assosiasiya tarixinin ən böyük və ən qorxmaz pilotlarından biri idi. İdmançının ölümünün rəsmi səbəbi açıqlanmasa da, yaxınları onun vəfatından qısa müddət əvvəl qəfil və ciddi xəstəlik səbəbindən xəstəxanaya yerləşdirildiyini təsdiqləyiblər.

Kayl Buş 2 may 1985-ci ildə Las-Veqasda, avtosportla sıx bağlı olan bir ailədə doğulub. NASCAR-ın ali divizionunda debütünü 2005-ci ildə edib.

Son illərdə “Richard Childress Racing” komandasının heyətində, 8 nömrəli “Chevrolet” sükanı arxasında çıxış edirdi.

20 ildən artıq davam edən zəngin karyerası ərzində o, 2015 və 2019-cu illərdə “Cup Series” çempionluğunu qazanıb.

Buş milli yarış seriyalarında qazandığı qələbələrin sayına görə mütləq rekordçu idi:

  • 63 qələbə – “Cup Series” yarışlarında;

  • 102 qələbə – “O’Reilly Auto Parts Series” yarışlarında;

  • 69 qələbə – “Craftsman Truck Series” yarışlarında.

Böyük idmandakı çıxışları ilə yanaşı, Kayl Buş həm də “Truck Series”də şəxsi komanda sahibi kimi çıxış edir, gənc və istedadlı pilotların yetişdirilməsi ilə yaxından məşğul olurdu.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.