İlin sonuna kimi 20 min keçmiş məcburi köçkün öz yurduna köçürüləcək

“2024-cü ilin sonuna kimi 20 min keçmiş məcburi köçkünün öz yurduna köçürülməsi təmin olunacaq”.

Bu fikirləri Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov III Beynəlxalq Minatəmizləmə Konfransında deyib.

“Bugünkü konfransın şüarında qeyd edildiyi kimi, biz minanın ətraf-mühitə təsirini azaltmaq, eləcə də təhlükəsiz və “yaşıl” gələcək yaratmağa çalışırıq. İşğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. 2021-ci ildən bəri bərpa və yenidənqurma işlərinə 7 milyard ABŞ dolları yatırılıb”, – E.Əmirbəyov belə deyib.

O bildirib ki, Ermənistan tərəfinin indiyədək mina xəritələrini verməkdən imtina etməsi vəziyyəti daha da mürəkkəbləşdirir: “Azərbaycan həmin ərazilərdə görüləcək işlərlə bağlı üzərinə öhdəlik götürüb. Ümid edirik ki, Ermənistanda həmin öhdəlikləri anlayırlar. Keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılması gecikir. Bu gün təəssüflə deyə bilərik ki, Azərbaycan minalarla çirklənmiş ölkələr arasında ilk beşlikdə dayanır. Azərbaycanda minatəmizləmə fəaliyyətini tamamilə yekunlaşdırmağa illər sərf olunacaq. Bu konfransın minatəmizləmə fəaliyyətinin yükünü
bölüşdürülməsinə və beynəlxalq ictimaiyyətin də sözü gedən fəaliyyətdə iştirakına imkan verəcəyinə inanırıq”.

Əvvəlki məqalə

Dörd ayda internet üzərindən 84 min pensiya təyinatı olub

Sonrakı məqalə

Sabahdan Bakı metrosunun ventilyasiya sistemi yay qrafikinə keçirilir